Expressbank-ın daha 2 müştərisi hədiyyə qazandı | Banco.az

Expressbank-ın daha 2 müştərisi hədiyyə qazandı

Xəbər verdiyimiz kimi Expressbank Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə “Hədiyyəli pul köçürmələri“ adlı aksiya keçirib. Aksiyanın növbəti qalibləri müəyyən olunub. Expressbank-ın Gəncə və C.Cabbarlı filiallarının müştəriləri, müvafiq olaraq planşet və smartfon qazanıblar.

Aksiyanın şərtlərinə görə Expressbank filiallarında bu sistemlə ən çox pul göndərənlər planşet, minimum 100 AZN olmaqla ən çox köçürmə edənlər isə smartfon qazanıblar. Pul göndərən və ya alan müştərilərə həmçinin Pul Kart bank kartı hədiyyə olunub. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Expressbank hazırda Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə “Tarif 0%“ adlı aksiyası keçirir. Aksiyanın şərtlərinə görə, Expressbank filiallarından bu sistem vasitəsilə Rusiyaya manatla pul göndərən şəxslərdən komissiya tutulmur.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS terminal və 250-dək ExpressPay ödəniş terminalı vardır. 

Ən sərfəli krediti almaq üçün müraciət et