Expressbank-ın aktivləri 1 oktyabr 2014-cü il tarixinə 285,9 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 46,5 mln. manat və ya 28,4% artaraq 210,3 mln. manat olub.
Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2014-cü il tarixinə 132,0 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 50,9 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 39,5% çoxdur.
Bankın 1 oktyabr 2014-cü il tarixinə məcmu kapitalı isə 130,7 mln. manat təşkil edib.
Expressbank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və ExpressPay ödəniş terminalı vardır. Aktiv bank kartların sayı 46 mindən artıqdır, Bankın POS-terminal sayı isə 5 minə çatdırılmışdır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.