Expressbank-dan Besmart.az saytının istifadəçilərinə güzəştli Visa Gold kartları | Banco.az

Expressbank-dan Besmart.az saytının istifadəçilərinə güzəştli Visa Gold kartları

Expressbank və BeSmart İnternet istifadəçiləri üçün bank xidmətlərinə xüsusi endirim imkanı yaradırlar. Belə ki, www.besmart.az saytında qeydiyyatdan keçmiş istənilən şəxs Expressbank-ın Visa Gold kartına 50-dən 60%-dək endirim əldə edə bilər. Saytdan 10 manata kupon əldə etdikdən sonra, müştərilər 1 illik Visa Gold kartlarına cəmi 15 manat, 2 illik – 24 manat, 3 illik – 30 manat ödəyərək sahib ola bilər.

Kampaniya 30 iyun 2014-cü il tarixinədək davam edəcək. Kart sahibləri dünyanın istənilən nöqtəsində Visa kartlarını qəbul edən ATM-lərdə, ticarət və xidmət nöqtələrində və İnternet saytlarında günün 24 saatı əməliyyat həyata keçirə bilər.

Bununla yanaşı müştərilər günün istənilən vaxtı ATM və ya İnternet-bankinq xidməti vasitəsi ilə “Card to Card xidmətindən istifadə etməklə MilliKart Prosessinq Mərkəzinə üzv banklar tərəfindən emissiya edilmiş kartlara pul köçürmə imkanı əldə edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Banka bir dəfə gəlməklə kart sahibi olmaq üçün Bankın korporativ saytında http://www.expressbank.az/AzOrderCard.html sifarış formasını doldurmaq kifayətdir.

Əlavə məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə və ya www.expressbank.az saytına daxil ola bilərsiniz. Bankın rəsmi facebook səhifəsi www.facebook.com/Expressbank.

Ən sərfəli krediti almaq üçün müraciət et