Əmanətlərinizdən qısa müddətdə yüksək gəlir əldə edin | Banco.az

Əmanətlərinizdən qısa müddətdə yüksək gəlir əldə edin

“DəmirBank” müştərilərinə manat əmanətlərindən qısa müddətdə yüksək gəlir əldə etməyi təklif edir. Belə ki, “DəmirBank” manat əmanətləri üzrə illik faiz dərəcələrini artırıb ki, bu da müştərilərə  3 aya 10%, 6 aya isə  12% gəlir əldə etməyə imkan yaradır. Manat əmanətlərindən yüksək gəlir əldə etmək üçün Bank-ın istənilən filialında əmanət hesabı açdırmaq mümkündür. Bunun üçün istənilən şəxs minimum 100 AZN ilkin mədaxil edərək əmanət hesabı açdıra bilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, əmanətləri manatla yanaşı, ABŞ dolları valyutasında da yerləşdirmək mümkündür.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12 faiz, kompensasiya məbləği isə 30 000 AZN təşkil edir.

Ən sərfəli krediti almaq üçün müraciət et