“DəmirTaksit” kart sahibləri mükafatlandırıldı | Banco.az

“DəmirTaksit” kart sahibləri mükafatlandırıldı

“DəmirBank” mart ayı ərzində “DəmirTaksit”lə məbləğ olaraq ən çox nağdsız əməliyyat aparmış “DəmirTaksit” kart sahiblərini mükafatlandırıb. Qalib olmuş “DəmirTaksit” kart sahiblərinə televizor, notebook, fotoaparat kimi hədiyyələr təqdim edilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, manatla verilən “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. 35 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

Ən sərfəli krediti almaq üçün müraciət et