“DəmirTaksit” hədiyyələr verməyə davam edir | Banco.az

“DəmirTaksit” hədiyyələr verməyə davam edir

 “DəmirBank”ın təqdim etdiyi “DəmirTaksit” kart sahibləri üçün keçirilən “Xallar” aksiyası davam edir. Aksiyada ən çox xal toplamış kart sahiblərinə müxtəlif hədiyyələr veriləcək. Belə ki, 1-ci və 2-ci yerlərin sahibinə Türkiyəyə səyahət bileti, 3-cü, 4-cü, 5-ci yer sahiblərinə notebook (HP ProBook 4540s), 6-cı, 7-ci, 8- ci, 9- cu və 10-cu yerlərin qaliblərinə “Apple İpad Air” (16 GB), 11-20-ci yer sahiblərinin hər birinə isə “Samsung GALAXY S4 mini duos” telefonu təqdim ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “DəmirTaksit” kartı ilə edilmiş hər 1 AZN-lik əməliyyat kart sahibinə 1 xal qazandırır. Eyni xalı bir neçə müştəri toplayarsa, əməliyyatı daha əvvəl etmiş müştəri qalib sayılır.

“Xallar” aksiyası 27 dekabra qədər davam edəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et