“DəmirBank”ın reytinqi stabil qiymətləndirilib | Banco.az

“DəmirBank”ın reytinqi stabil qiymətləndirilib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “DəmirBank”ın reytinqini “B” səviyyəsində, reytinq üzrə proqnozu isə “stabil” olaraq təsdiq edib.

 “Fitch Ratings” agentliyinin rəyinə əsasən, “DəmirBank”ın balansı hazırda dayanıqlıdır. Bu isə Bankın yaradılmış ehtiyatlarla daha yaxşı təmin olunması ilə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

“DəmirBank” həmçinin inkişaf etmiş korporativ idarəetməyə malikdir. Bankın səhmdarları sırasında isə beynəlxalq maliyyə təşkilatları təmsil olunur.

“DəmirBank” “Fitch Ratings” agentliyi ilə 2004-cü ildən əməkdaşlıq edir və Azərbaycanda beynəlxalq reytinq alan ilk özəl bankdır. Bununla yanaşı, Bank “Planet Rating” beynəlxalq agentliyinin də “pozitiv” proqnozlu “B” reytinqinə malikdir.

Ən sərfəli krediti almaq üçün müraciət et