“DəmirBank”ın “MasterCard” ilə Nyu-Yorka səyahət şansı qazan | Banco.az

“DəmirBank”ın “MasterCard” ilə Nyu-Yorka səyahət şansı qazan

“DəmirBank”ın “MasterCard” plastik kartları ilə Nyu-Yorka 5 günlük səyahət və 1000 manat dəyərində alış-veriş sertifikatı qazanmaq mümkündür. Belə ki, “Qiymətsiz üstünlüklər” kampaniyası çərçivəsində partnyorlar sırasına daxil olan məkanlarda “MasterCard” ilə ən azı 1 manat dəyərində alış-veriş edən kart sahibləri 1 lotereya şansı əldə edir. “MasterCard” vasitəsilə ödənişdən sonra verilən kodlar avtomatik olaraq virtual lotereya biletlərinin nömrələrinə çevrilir. Qeyd edək ki, lotereyanın 33 qalibi olacaq və onlar iyulun 10-da  xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim prinsipi ilə müəyyən ediləcək. Lotereya iştirakçıları Nyu-Yorka 5 günlük səyahət, 1000 manat dəyərində alış-veriş sertifikatı ilə yanaşı, 8 ədəd İphone 6 mobil telefonu və 100 manat məbləğində 20 hədiyyə sertifikatı da qazana bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, “DəmirBank”ın “MasterCard” sahibləri Bakıda ən yaxşı mağazaların və restoranların daxil olduğu 81 tərəfdaş alış-veriş nöqtələrinə 10% endirim əldə edirlər.

 “Qiymətsiz üstünlüklər” kampaniyası iyulun 3-dək davam edəcək.