DəmirBank-ın aktivləri 1 fevral 2014-cü il tarixinə 412,3 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 33,5 mln. manat və ya 12,1% artaraq 311,1 mln. manatı keçib.
Bankda müştəri depozitlərinin həcmi 1 fevral 2014-cü il tarixinə 195,1 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 fevral 2014-cü il tarixinə 161 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 20% və ya 26,8 mln. manat çoxdur.
Bankın 1 fevral 2014-cü il tarixinə məcmu kapitalı isə 61,1 mln. manat olub, bu isə Azərbaycan Respublikası Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.