DəmirBank tibb işçilərinin peşə bayramını təbrik etdi | Banco.az

DəmirBank tibb işçilərinin peşə bayramını təbrik etdi

17 iyun 2015-ci il tarixində Tibb işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirə DəmirBank da dəstək olmuşdur. Tədbir zamanı ölkəmizin müxtəlif klinikalarında çalışan tibb işçiləri, klinika rəhbərləri iştirak etmişdir. Tədbir iştirakçılarına müxtəlif mövzularda faydalı təlimlər keçirilmiş, həmçinin çoxillik təcrübəyə malik həkimlərə Azərbaycanın fəxri fərmanları və təşəkkürnamələr təqdim edilmişdir. Eyni zamanda tədbirə dəvət olunmuş müğənnilər və ictimai xadimlər öz təbriklərini bildirmiş və müsiqi töhfələrini həkimlərimizə təqdim etmişdilər.

Ən sərfəli kredit üçün müraciət et

Tədbir zamanı DəmirBankın tarixi, geniş çeşidli məhsul və xidmətləri barəsində məlumatlar verilmiş, qeyd olunan məlumatlar həkimlər tərəfindən böyük maraqla qarşılanmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et