DəmirBank sentyabr ayının nəticələrini elan edib | Banco.az

DəmirBank sentyabr ayının nəticələrini elan edib

DəmirBank-ın aktivləri 1 oktyabr 2013-cü il tarixinə 378 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə qeyd edilən tarixə 295 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2013-cü il tarixinə 173,8 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 oktyabr 2013-cü il tarixinə 142,8 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 14,6% və ya 18,2 mln. manat çoxdur.

Bankın 1 oktyabr 2013-cü il tarixinə məcmu kapitalı isə 57,8 mln. manat olub, bu isə Azərbaycan Respublikası Mərkəzi Bankının 1 yanvar 2014-cü il tarixinə bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et