DəmirBank polislər üçün yeni güzəştli kredit aksiyasına başlayıb | Banco.az

DəmirBank polislər üçün yeni güzəştli kredit aksiyasına başlayıb

DəmirBank 2 iyul – Polis günü münasibətilə Daxili İşlər Nazirliyinin əməkdaşları üçün yeni güzəştli aksiyasına başlayır. Aksiya 25 iyul 2014-cü il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə istehlak kreditləri üzrə Banka müraciət edən polislərə illik faiz dərəcəsində 2% endirim tətbiq olunacaq. Kreditin məbləği maksimum 10000 AZN olmaqla, 36 aylıq rəsmiləşdirilə bilər.

Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər.

DəmirBank müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et