DəmirBank-ın aktivləri 1 dekabr 2013-cü il tarixinə 391 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 24,2 mln. manat və ya 8,5% artaraq 310 mln. manatı keçib.
Bankda müştəri depozitlərinin həcmi 1 dekabr 2013-cü il tarixinə 179,3 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 dekabr 2013-cü il tarixinə 154,3 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 20,7% və ya 26,5 mln. manat çoxdur.
Bankın 1 dekabr 2013-cü il tarixinə məcmu kapitalı isə 57,4 mln. manat olub, bu isə Azərbaycan Respublikası Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.