“DəmirBank” “DəmirTaksit” kartı üzrə keçirdiyi “Xallar” aksiyası çərçivəsində ən çox xal toplayan müştərilərini mükafatlandırıb. Qaliblərə Türkiyəyə səyahət paketi, notebook (Toshiba), planşet (Samsung Tab 3) və mobil telefon (Samsung Galaxy S4) kimi hədiyyələr təqdim edilib.
Qeyd edək ki, 1-27 dekabr 2014-cu il tarixində keçirilən “Xallar” aksiyasının qalibləri topladıqları xallara görə müəyyən olunub. Qaliblərin mükafatlandırılması isə mərhələli şəkildə davam etdirilir.
33 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.