DəmirBank mart ayının nəticələrini elan edib | Banco.az

DəmirBank mart ayının nəticələrini elan edib

DəmirBank-ın aktivləri 1 aprel 2014-cü il tarixinə 403,1 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 39,7 mln. manat və ya 14,5% artaraq 314,1 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2014-cü il tarixinə 190,4 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 aprel 2014-cü il tarixinə 167,3 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 20,6% və ya 28,5 mln. manat çoxdur.

Bankın 1 aprel 2014-cü il tarixinə məcmu kapitalı isə 61,4 mln. manat olub, bu isə Azərbaycan Respublikası Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.