“DəmirBank” kartları ilə alış-veriş edənlər dəyərli hədiyyələr qazanacaq | Banco.az

“DəmirBank” kartları ilə alış-veriş edənlər dəyərli hədiyyələr qazanacaq

“DəmirBank”ın “MasterCard” plastik kartları ilə alış-veriş edənlər Nyu-Yorka 5 günlük səyahət, 1000 manat dəyərində alış-veriş sertifikatı və 8 ədəd İphone 6 mobil telefon kimi dəyərli hədiyyələr qazanmaq şansına sahib olacaqlar. Belə ki, “Qiymətsiz üstünlüklər” kampaniyası çərçivəsində partnyorlar sırasına daxil olan məkanlarda (“MyBrands”, “İdeal”, “Schwarzkopf Professional Studio”, “Beat Group”, “Bakcell Arena”, “Villa Pizza”, “Face Studio”, “Puma”, “Nike”, “Park Bulvar Bowling”, “Park Bulvar Sport Bar Cafe”, “Mado Japan”, “LTB” və s. ) “MasterCard” ilə ən azı 1 manat dəyərində alış-veriş edən kart sahibləri 1 lotereya şansı əldə edir. “MasterCard” vasitəsilə ödənişdən sonra verilən kodlar avtomatik olaraq virtual lotereya biletlərinin nömrələrinə çevrilir. Onu da vuğulayaq ki, ikinci kart sahibləri tərəfindən edilən ödənişlər əsas kart sahibi tərəfindən edilmiş ödənişlər kimi qəbul olunur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, lotereyanın 33 qalibi olacaq və onlar iyulun 10-da  xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim prinsipi ilə müəyyən ediləcək.

 “DəmirBank”ın “MasterCard” sahibləri həmçinin Bakıda ən yaxşı mağazaların və restoranların daxil olduğu 81 tərəfdaş alış-veriş nöqtələrinə 10% endirim əldə edirlər.

Xatırladaq ki, “Qiymətsiz üstünlüklər” kampaniyası iyulun 3-dək davam edəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et