DəmirBank iyun ayının nəticələrini elan edib | Banco.az

DəmirBank iyun ayının nəticələrini elan edib

DəmirBank-ın aktivləri 1 iyul 2014-cü il tarixinə 412,9 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 39 mln. manat və ya 14% artaraq 319,5 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2014-cü il tarixinə 194,1 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 iyul 2014-cü il tarixinə 165,6 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 19,5% və ya 27,1 mln. manat çoxdur.

Bankın 1 iyul 2014-cü il tarixinə məcmu kapitalı isə 62,8 mln. manat olub, bu isə Azərbaycan Respublikası Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et