DəmirBank-ın VISA kartları ilə MyBrands mağazalarında endirimlər təqdim olunur | Banco.az

DəmirBank-ın VISA kartları ilə MyBrands mağazalarında endirimlər təqdim olunur

DəmirBank-dan VISA Gold və Platinum kartlarını alan müştərilərə MyBrands mağazalar şəbəkəsində 20% endirim kuponları təqdim olunur. Aksiya 20 dekabr 2013-cü il tarixinədək keçirilir.

Şərtlərə görə, DəmirBank-dan VISA Gold və Platinum kartlarını alanlara MyBrands mağazaları şəbəkəsinə daxil olan United Colors of Benetton, Sisley, Bebe, Tommy Hilfiger, Accessorize, Monsoon, Monnalisa, Adidas, Nike, Nine West, Coast, Liu Jo və Pablosky mağazalarında 20%-dək endirim imkanı verən 3 kupon verilir.

Bütün aksiya iştirakçılarına MyBrands mağazalarında keçərli olan 5%-lik endirim imkanı verən MyBrands Standard kartı hədiyyə olunur. Digər VISA kart sahibləri isə 120 AZN-dən yuxarı alış-veriş etdikdə 10% endirim əldə edir.

Endirimlərdən yararlanmaq üçün VISA kartı ilə nağdsız ödəniş etmək zəruridir və kuponlar 1 dəfə istifadə oluna bilər. Kuponlar 15 yanvar 2014-cü il tarixədək etibarlıdır.

DəmirBank plastik kartlar üzrə digər kampaniyalar və proqramlar da təqdim edir - “5 manata kart”, “Pulsuz kart”, "Xaricdə Təhsil Alanlara Pulsuz Kart” və sair. DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təqdim edir. Plastik kartları DəmirBank-ın filiallarında və həmçinin saytın http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində on-layn sifariş etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və sair xidmətlər təqdim edir.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et