DəmirBank Forsaj sistemi ilə pul köçürmə xidmətlərini təqdim edib | Banco.az

DəmirBank Forsaj sistemi ilə pul köçürmə xidmətlərini təqdim edib

DəmirBank Forsaj sistemi ilə pul köçürmələri təqdim edərək əhaliyə göstərilən xidmətlər çeşidini genişləndirib.

Forsaj sistemi ilə müştərilər Rusiya rublu ilə pul vəsaiti göndərə və ala bilərlər. Respublikadan kənar köçürmələrdə  1,99% komissiya tətbiq olunur. Göndərilən vəsaiti bir neçə dəqiqə sonra Rusiyanın istənilən ərazisində olan məntəqələrdən almaq mümkündür.

Qeyd edək ki, pul köçürmə xidmətlərini DəmirBank-ın 33 filialında həyata keçirmək mümkündür. Bank Western Union, Contact, Coinstar, Blizko, Forsaj, PrivatMoney, UPT, Lider və Monex sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir. DəmirBank özünün Şimşək sistemi ilə əhaliyə ölkədaxili köçürmə xidmətləri də göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, DəmirBank-ın filiallarında pul köçürmə sistemləri ilə pul göndərən və ya alan müştərilərə mobil danışıq kartları hədiyyə edilir. Ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et