DəmirBank fevral ayının nəticələrini elan edib | Banco.az

DəmirBank fevral ayının nəticələrini elan edib

DəmirBank-ın aktivləri 1 mart 2014-cü il tarixinə 410,3 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 31,8 mln. manat və ya 11,5% artaraq 309,3 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 mart 2014-cü il tarixinə 195,2 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 mart 2014-cü il tarixinə 162,8 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 18% və ya 24,9 mln. manat çoxdur.

Bankın 1 mart 2014-cü il tarixinə məcmu kapitalı isə 61,2 mln. manat olub, bu isə Azərbaycan Respublikası Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et