“DəmirBank” Energocredit layihəsinin təqdimatını keçirdi | Banco.az

“DəmirBank” Energocredit layihəsinin təqdimatını keçirdi

“DəmirBank” Excelsior otelində “Avropa Yenidənqurma və İnkişaf Bankı” –nın (AYİB) “Qafqazda Enerjiyə Qənaət Proqramı” –nın bir hissəsi olan Energocredit layihəsinin təqdimat mərasimini keçirmişdir.

Energocredit layihəsinin təqdimat mərasimində iqtisadiyyatın müxtəlif sahələrindən olan 100-ə yaxın sahibkarlar, sahibkar fiziki şəxslər iştirak etmişdir. Həmçinin tədbirdə AYİB nümayəndələri və Bank rəhbərliyi də təmsil olunmuşdur.

Tədbiri giriş sözü ilə açan DəmirBank ASC-nin Marketinq departamentinin direktor müavini Sənan Həsənov qonaqları salamladı. Bank tərəfindən təqdim edilən Energocredit layihəsi barəsində qısa məlumat verdi və tədbirin proqramını iştirakçıların diqqətinə çatdırdı.

Sonra açılış nitqi ilə çıxış edən, İdarə Heyətinin Sədri Roman Əmircanov Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən, Azərbaycanda fəaliyyət göstərən kiçik, orta və iri müəssisələrin və həmçinin ev təsərrüfatlarının enerji istehlakının effektivliyinin artırılmasına istiqamətlənən Energocredit layihəsinin Dəmirbank və müştərilərimiz üçün əhəmiyyətini sahibkarların diqqətinə çatdırdı. Bütün iştirakçılar bu səmərəli və effektiv məhsuldan istifadə etməyə dəvət olundu.

Ən sərfəli kredit üçün müraciət et

Sonra söz Energocredit layihəsinin Azərbaycan üzrə layihə kordinatoru Nazim Məmmədova verildi. Nazim müəllim layihənin detalları barədə geniş məlumat verərək, bu günədək maliyələşdirilmiş bir sıra layihə nümunələrini nümayiş etdirdi. Tədbir iştirakçılarının sualları cavablandırıldı.

Qeyd edək ki, “Energocredit “ Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz regionu üzrə layihəsidir.  Yerli iştirakçı maliyyə qurumları ilə birgə, istehlak və biznes kreditləri üzrə enerji effektivli və bərpa olunan enerji layihələrinimaliyyələşdirir.“Energocredit “ kredit xətti geri nağd ödəniş və pulsuz texniki mütəxəssis məsləhəti kimi üstünlüklər təklif edir.  Avropa Birliyi Qonşuluq İnvestisiya Mexanizmi ətraf mühitə dost investisiyaları mükafatlandıraraq kredit məbləğinin 10 və ya 15% -ni geri nağd ödəyir, pulsuz mütəxəssis məsləhəti isə Avstriya Maliyyə Nazirliyi tərəfindən təmin edilir. 

Ən sərfəli krediti almaq üçün müraciət et