DəmirBank əmanət üzrə müştərilərinə güzəştli kreditlər təklif edir. Əmanət ilə təmin olunmuş kreditin şərtlərə görə DəmirBank-da əmanəti olan müştərilər əmanət üzrə illik faiz dərəcəsinə 4% əlavə olunmaqla nağd pul krediti əldə edə bilərlər.
Misal üçün: Əgər müştəri 36 ay müddətinə Göy əmanəti üzrə Banka əmanət yerləşdiribsə, bu zaman əmanəti yerləşdirdiyi 11%-ə 4% əlavə olunur və illik faiz dərəcəsi 15% təşkil edir. Kreditin maksimal məbləği əmanətin 80% miqdarında ola bilər, 36 aylıq rəsmiləşdirmək mümkündür.
Əmanət çeşidi” proqramı üzrə DəmirBank hazırda əhaliyə münasib şərtlərlə 4 əmanət növü təklif edir – “Göy”, “Sarı”, “Qırmızı” və “Uşaq”. DəmirBank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin DəmirBank-da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.