“DəmirBank” elektron arayış əsasında kreditlər təklif edir | Banco.az

“DəmirBank” elektron arayış əsasında kreditlər təklif edir

“DəmirBank” elektron arayış əsasında kreditlər təklif edir ki, bu da müştərilərə rahat şəkildə kredit əldə etməyə imkan verir. Belə ki, müştəri yalnız şəxsiyyət vəsiqəsilə banka yaxınlaşaraq iş yerindən arayışı və digər zəruri sənədləri bankda quraşdırılmış xüsusi kompyuterlər vasitəsilə formalaşdıra bilər. Bununla yanaşı, www.e-gov.az elektron hökumət portalına daxil olaraq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə də elektron arayışı formalaşdırmaq və banka göndərmək mümkündür.

Qeyd edək ki, elektron portala daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar. Kod parolu almaq üçün vətəndaş elektron portalda online qeydiyyat xidmətindən istifadə edə bilər. Kod parollarını Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrindən ödənişsiz olaraq əldə etmək mümkündür..

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankılarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

 http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

Ən sərfəli krediti almaq üçün müraciət et