Dəmirbank-dan komissiyasız günlər! | Banco.az

Dəmirbank-dan komissiyasız günlər!

DəmirBank Qubada “Komissiyasız günlər” adlı yeni güzəştli kredit aksiyasına başlayıb. Aksiya 28 yanvar – 28 aprel 2014-cü il tarixlərini əhatə edir.

3 ay davam edəcək aksiyanın şərtlərinə görə Quba filialında 1000 AZN-dək kredit götürən müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunacaq.

Aksiya zamanı 1 ay ərzində istənilən müştəri komissiya ödəmədən kredit götürə biləcək. Növbəti 2 ay ərzində isə əhali arasında paylanılacaq xüsusi kuponları təqdim etməklə komissiyalardan azad olmaq mümkün olacaq.

DəmirBank müştərilərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə və qulluqçularına kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumatı www.demirbank.az saytından, www.facebook.com/demirbank.az səhifəsindən və 149 nömrəsinə zəng etməklə əldə etmək olar.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et