DəmirBank Contact pul köçürmə sistemi ilə aksiya keçirir | Banco.az

DəmirBank Contact pul köçürmə sistemi ilə aksiya keçirir

DəmirBank Contact pul köçürmə sistemi üzrə müştərilərə aksiya təqdim edir.

Aksiya çərçivəsində Contact sistemi ilə pul göndərən müştərilər 20 000 USD / EUR və ya 600 000 RUR məbləğədək pul köçürməsi üçün güzəştli qaydada 0,3% komissiya ödəyəcək. Aksiya 28 fevral 2014-cü ilədək davam edəcək.

Qeyd edək ki, Contact sistemi ilə müştərilər dünyanın 80 ölkəsinə ABŞ dolları, avro və ya Rusiya rublu ilə pul vəsaiti göndərə bilərlər.

DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et