DəmirBank “Bizdən Sizə” adlı yeni güzəştli kredit aksiyasına başlayıb | Banco.az

DəmirBank “Bizdən Sizə” adlı yeni güzəştli kredit aksiyasına başlayıb

DəmirBank bank sektoru, kredit təşkilatları və sığorta sahəsində çalışanlar üçün “Bizdən Sizə” adlı yeni güzəştli kredit aksiyasına başlayır. Aksiya 1 noyabr 2014-cü il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə istehlak kreditləri üzrə Banka müraciət edənlərə güzəştli faiz dərəcəsi ilə nağd pul krediti və plastik kartla kredit xətti təklif edilir. Kreditin məbləği maksimum 15000 AZN olmaqla, 36 aylıq rəsmiləşdirilə bilər.

DəmirBank müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.