DəmirBank hazırda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “8 fərqli gün” adlı güzəştli kredit aksiyasını həyata keçirir. Aksiya 14 mart 2014-cü il tarixinədək davam edəcək.
Aksiyanın şərtlərinə görə istehlak və ya biznes kreditləri üzrə DəmirBank-a müraciət edən xanım müştərilər üçün komissiya haqları 0,8%-dək azaldılıb. Kreditin maksimal məbləği 8000 AZN təşkil edir.
DəmirBank həm də 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhərin mərkəzi küçələrində gül paylama aksiyası həyata keçirib. Bayram ərəfəsində, 7 mart 2014-cü il tarixində, şəhərin mərkəzi küçələrində 400 nəfər xanıma 8 mart bayramı münasibətilə gül və təbrik açıqcası təqdim edilib. Məlumat üçün, DəmirBank ötən illərdə də 8 mart bayramı münasibətilə analoji sosial yönümlü aksiya təşkil edib.
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.