DəmirBank 25 yaşını qeyd edir | Banco.az

DəmirBank 25 yaşını qeyd edir

DəmirBankın 25 illik tarixi - təcrübə, keyfiyyətli xidmət, müştəri etimadı deməkdir!

Azərbaycanın aparıcı banklarından biri olan DəmirBank 25 yaşını qeyd edir. Bank 6 Oktyabr 1989-cu ildə təsis olunmuş ölkənin ilk kommersiya banklardandır. Bankın 25 illik fəaliyyəti yalnız tarix deyil, həm də bu illər boyu əldə edilmiş təcrübə, keyfiyyətli xidmət, ötən dövr ərzində qazanılmış müştəri etimadı deməkdir. Yarandığı vaxtdan əsas iş prinsipləri hər bir müştəriyə fərdi yanaşma, rahat və keyfiyyətli xidmət təqdim etmək olan DəmirBank, ötən illər ərzində bir sıra uğur və nailiyyətlərə imza atmışdır.

Hazırda Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Beynəlxalq səhmdarların mövcudluğu Banka etibarı əks etdirmiş və onun inkişafı üçün yeni imkanlar yaratmışdır.

2004-cü ildə Fitch beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığa başlamaqla, DəmirBank ölkədə beynəlxalq reytinq alan ilk bank olmuşdur. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

DəmirBank maliyyə göstəricilərinə görə Azərbaycan bank sektorunda öncül banklar sırasındadır. 1 sentyabr 2014-cü il tarixinə Bankın aktivləri 425.3 mln. manata çatmışdır. Qeyd olunan tarixə Bankın kredit portfeli 321.6 mln., depozit portfeli isə 187.9 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri hər il 15-20% artaraq 160.5 mln. manat təşkil etmişdir ki, bu da əhalinin Banka olan etimadının göstəricisidir. 

DəmirBank kreditləşmə və ticarət maliyyələşdirilməsi proqramları üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, İslam Korporasiyası və sair beynəlxalq maliyyə təşkilatları ilə, eləcə də Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə fəal əməkdaşlıq edir.

Ən sərfəli kredit üçün müraciət et

Bu gün respublikamızın iqtisadi və sosial sahələrində, o cümlədən bank sektorunda qeydə alınan dinamik inkişaf prosesləri, Prezident İlham Əliyevin yürütdüyü siyasətin davamlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşması, regionların davamlı sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəlməsinə hədəflənmişdir. DəmirBank da öz növbəsində fəaliyyət göstərdiyi illər ərzində ölkədə həyata keçirilən bu proseslərə böyük önəm vermişdir. Məzh bu məqsədlə Bank, ölkə üzrə mikro, kiçik, orta və iri sahibkarlığa dəstək olaraq, regionların sosial-iqtisadi inkişafına təkan verən layihələr həyata keçirməklə ölkə üçün önəmli olan qeyri-neft sektorunun - sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin inkişafında yaxından iştirak edir. 

Bu gün DəmirBank 13-ü Bakı şəhərində, 20-i isə ölkənin Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad, İmişli və Beyləqan kimi şəhərlərində yerləşən geniş filial şəbəkəsi vasitəsilə müştərilərə hesablaşma-kassa xidmətləri, əmanətlərin qəbulu, biznes, istehlak və ipoteka kreditlərinin verilməsi, akkreditiv və zəmanətlərin açılması, lizinq xidmətləri, klirinq əməliyyatları, plastik kartların emissiyası, təcili pul köçürmələri, inkassasiya, bank seyflərinin icarəsi, İnternet-Bank, SMS-Bank, Telefon-Bank və s. xidmətlər daxil olmaqla geniş çeşidli bank xidmətləri təklif edir.

Özünün cəmiyyət qarşısında sosial məsuliyyətini tam dolğunluğu ilə dərk edən DəmirBank korporativ sosial məsuliyyət proqramı çərçivəsində hər il sosial və ictimai əhəmiyyətli layihələrdə iştirakını da gücləndirirməkdədir.

Bu gün 25 yaşını qeyd edən DəmirBankın əsas hədəfi daha yüksək nailiyyətlərə imza atmaq və ölkəmizin qabaqcıl banklarından biri olaraq qalmaqdır.

DəmirBank olaraq 25 illik tarixi ərzində qazanılmış nailiyyətlərə görə müştərilərimizə və tərəfdaşlarımıza təşəkkür edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et