"DekaBank"KB ASC nizamnamə kapitalını artırdı
Kapital bazasının möhkəmləndirilməsi yüksək likvidliyin saxlanmasının təminatıdır
Bankın nizamnamə kapitalı 30 mart 2013-cu il tarixinə 2012-cu ilin yekun dövrü ilə müqayisədə 179%-ə qədər artaraq 23 985.00 min manat təşkil etmişdir. Xatırladaq ki, 2012-cu ilin yekun dövründə bankın nizamnamə kapitalı 13 417.21 min manat olmuşdur.
Nizamnamə kapitalının artırılması Bankın səhmdarlarının razılığı əsasında həyata keçirilmişdir.
Belə ki, 2013-cu ilin birinci rübündə "DekaBank"KB ASC- nin səhmdarlarının ümumi yığıncağı keçirildi.
Yığncaqda qərara alındi ki, Mərkəzi Bankın 25-07-2012-ci il tarixli qərarı nəzərə alınaraq Deka-Bank KB ASC nin Nizamnamə Kapitalinin həcmi 2013-cu ilin sonuna qədər 50 milyon manata catdırilsin. Ona görə də ilk mərhələdə səhimlərin dəyəri artirilmaqlıa hər birinin dəyəri 500 azn olmaqla Nizamnamə Kapitalını 10 567 791 manat artirmaq lazımdı. Səhimdarların qərarına uyğun olaraq Nizamnamə Kapitalının həcmi 30-03-2013-cü il tarixə artaraq 23 985 000 manat oldu.
Xatırladaq ki, Bankın səhmdarları 100% rezident fiziki şəxslərdir.
Nəticədə 2013 -cu ilin iyun ayı üçün "DekaBank" KB ASC-nin kapitalın adekvatlıq əmsallarına dair AMB-nin prudensial tələbinə müvafiq olaraq məcmu kapitalın adekvatlıq əmsalı 43.71% (norma-12%), 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 39.68% (norma-6%) bərabər oldu və kapitalın adekvatlığı baxımdan bankın imkanları daha da genişləndi.