Daha bir bank kredit komissiyalarını aşağı saldı | Banco.az

Daha bir bank kredit komissiyalarını aşağı saldı

Unibank istehlak kreditləri üzrə komissiya xərclərini azaltdı. Banka müraciət edən müştərilər həm manat, həm də dollar valyutasında kreditləri cəmi 1%-lik  komissiya xərci ilə əldə edə bilirlər. Unibank-ın nağd kreditlər üzrə illik faiz dərəcələri də çox sərfəli olub. Kredit faizləri kreditin müddətindən və valyutasından, müştərinin rəsmi gəlirindən və kredit tarixçəsindən asılı olaraq, 23%  ilə  32% aralığında dəyişə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Hal- hazırda Unibank-da “0% komissiyalı kredit “ kampaniyası davam edir. Kampaniya çərçivəsində 11 iyuladək Daxili İşlər Nazirliyinin əməkdaşları, dövlət qulluqçuları və hərbiçilər bank filiallarına müraciət edərək, komissiyasız nağd kredit əldə edirlər. Bu aksiya həm manat həm də dollar kreditlərinə şamil olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et