"Cybernet" şirkəti “Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər” mövzusunda forum keçirəcək | Banco.az

"Cybernet" şirkəti “Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər” mövzusunda forum keçirəcək

Sentyabrın 17-də “Four Seasons” mehmanxanasında “Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər” mövzusunda forum təşkil olunacaqdır. Tədbirdə Avropanın və dünyanın tanınmış şirkətləri üçün İT sahəsində konsultasiya xidmətlərinin göstərilməsi və İT həllərin tətbiqi üzrə ixtisaslaşmış Almaniyanın “LucaNet” şirkətinin ekspertləri iştirak edəcəklər.

Tədbirdə Azərbaycanın özəl və dövlət sektorunda innovativ informasiya texlogiyalarının tətbiqi ilə tanınmış “Cybernet” şirkətinin və müxtəlif bankların ekspertləri iştirak edəcək, praktik həllər nümayiş olunacaq, təcrübə mübadiləsi və müzakirələr aparılacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Tədbirdə bir sıra iri bank və çoxprofilli şirkətlərin, o cümlədən, tikinti, otelçilik, turizm, sığorta, təhsil, tibb, kənd təsərrüfatı, aqrar və sənaye  müəssisələrinin nümayənədələrinin iştirakı gözlənilir.

Forumda çoxşaxəli holdinq tipli şirkətlərdə nizamlanmış maliyyə hesabatlığının İT həlləri müzakirə olunacaq, bu sahədə 15 illik təcrübəyə malik “LucaNet” şirkətinin maliyyə hesabatlığı üzrə ən son nailiyyətlərini əks etdirən təqdimat nümayiş olunacaqdır.

Daha sonra ölkənin bank sektorun nümayəndələrinin çıxışları, habelə risklərin və hesablığın təhlili sistemləri üzrə ixtisaslaşmış mütəxəssislərin rəyləri səsləndiriləcəkdir.