İnnovativ bank xidmətləri ilə tanınan “Caspian Development Bank (CDB)” ASC Ramazan bayramı münasibətilə xeyriyyə tədbiri keçirib.
Bakıda Şüvəlan qəsəbəsindəki 4 nömrəli respublika xüsusi internat məktəbində, Gəncə uşaq evində və Bərdədə Ramiz Musayev adına inkluziv təhsil komponentli günü uzadılmış tam orta məktəbdə baş tutan tədbirdə uşaqlara nahar süfrəsi təşkil edilib, Ramazan sovqatları paylanılıb, əsl bayram sevinci yaşadılıb.
Şüvəlanda fiziki qüsurlu uşaqlar üçün isə əyləncə proqramı təşkil olunub.
CDB Bankın İctimaiyyətlə Əlaqələr üzrə baş mütəxəssisi Elşən Allahverdiyev bu tədbirin bank rəhbərliyi tərəfindən daim xüsusi sevgiyə ehtiyacı olan uşaqlara verilən diqqət, qayğı kimi dəyərləndirib: “Belə bir müqəddəs bayramda uşaqlarla, xüsusən kimsəsiz, sevgiyə ehtiyacı olan, fiziki qüsurlu uşaqlarla bayramı qeyd etmək, onlara sevinc bəxş etmək kollektivimizin borcu olmaqla yanaşı, bizim üçün həm xoş, həm də fəxrdir”.
Qeyd edək ki, korporativ sosial məsuliyyətə xüsusi önəm verən CDB Bank nəinki uşaqlar, eləcə də cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən müxtəlif xeyriyyə tədbirləri keçirilməsini daima diqqət mərkəzində saxlayır.