CDB Bank-ın daha bir filialı Quba şəhərində açıldı | Banco.az

CDB Bank-ın daha bir filialı Quba şəhərində açıldı

İnnovativ bank xidmətləri ilə tanınan “Caspian Development Bank (CDB)” ASC-nin daha bir filialı Quba şəhərində açıldı. Şimal bölgəsində ölkə vətəndaşlarının bank xidmətlərinə olan tələbatını həyata keçirəcək CDB Bank-ın Quba filialı, Quba şəhəri Heydər Əliyev prospekti, məhəllə 21 ünvanında yerləşir. Müasir bina ilə təmin olunmuş filial CDB Bank-ın ümumi konsepti əsasında dizayn edilib və burada müştərilərin rahatlığını təmin etmək məqsədilə lazımi şərait yaradılıb. Peşəkar mütəxəssislərin xidmət göstərdiyi filialda vətəndaşlarımız müasir bank xidmətlərinin bütün növlərindən istifadə edə biləcəklər.

CDB Bank-ın Quba filialı  müştərilərinə kassa hesablaşma əməliyyatları, kredit, əmanət, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif edir. Filialın xidmətlərindən Quba şəhəri ilə yanaşı qonşu rayonların sakinləri də faydalana biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Daha ətraflı məlumatı 1545 qısa nömrəsinə zəng vurmaqla və www.cdbbank.az saytından əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et