Bu taksit kartını istənilən zaman nağdlaşdıra bilərsiniz | Banco.az

Bu taksit kartını istənilən zaman nağdlaşdıra bilərsiniz

Expressbank-ın SmileCard taksit kartı ilə istənilən zaman nağdlaşdırma mümkündür. Bu kart dünyanın istənilən yerində keçərlidir. Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən kartı Expressbank filiallarında dərhal əldə edə bilərlər. SmileCard-ı həmçinin onlayn sifariş etmək mümkündür – http://www.expressbank.az/AzOrderSmilecard.html .

“Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” sloqanı ilə bazara təqdim edilən kredit kartı, müştərilərə pulsuz verilir və 5 il müddətində istifadə oluna bilər, kreditin maksimal məbləği isə 3000 AZN təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Məhsulun şərtlərinə görə müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir, ilik faiz dərəcəsi isə 0%-dir.

Qeyd edək ki, ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.