"Bu günün qənaəti sabahın təminatıdır" müsabiqəsinin qalibləri mükafatlandırıldı | Banco.az

"Bu günün qənaəti sabahın təminatıdır" müsabiqəsinin qalibləri mükafatlandırıldı

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Azərbaycan Respublikasının Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində  “Bu günün qənaəti sabahın təminatıdır” müsabiqəsinin  qaliblərini  mükafatlandırıb. Müsabiqədə üç yerin qalibi olan şagirdlərə gündəlik dərs şəraitində istifadə oluna bilən elektron avadanlıqlar, digər fərqlənən şagirdlərə isə “FINCA Azerbaijan” tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.  

Müsabiqənin əsas məqsədi şagirdlərə pul yığımı və qənaətcillik mədəniyyətini daha dərindən aşılamaq, onların bu istiqamətdə müxtəlif təşəbbüslərini dəstəkləmək və şagirdlərin yaxşı nümunələri təbliğ etməsinə nail olmaqdır. Bu məqsədlə müsabiqə çərçivəsində şagirdlər mövzuya aid video roliklər çəkmiş və onların sosial şəbəkələrdə yayılmasına nail olmuşlar.

Ümumilikdə müsabiqəyə şagirdlər tərəfindən 91 layihə təqdim edilib və layihələrdən 19-u müsabiqə şərtlərinə cavab vermədiyi üçün qəbul edilməyib. Təqdim edilmiş işlər Mərkəzi Bank və Təhsil Naziriliyinin mütəxəssisləri, o cümlədən iqtisadçı və müəllimlərdən ibarət Ekspert komissiyası tərəfindən 2 mərhələdə, müsabiqənin şərtlərində göstərilmiş meyarlar əsasında qiymətləndirilib.

Ən sərfəli kredit üçün müraciət et

Son bir ildə “FINCA Azerbaijan” bu layihəni dəstəkləyərək əsas tərəfdaş təkilatlardan birinə çevrilmişdir. Bununla yanaşı, ölkədə fəaliyyət göstərdiyi 17 il ərzində “FINCA Azerbaijan”  Korporativ Sosial Məsuliyyət öhdəliyinə sadiq qalaraq uşaq, gənclər və qadınların problemlərinə köməklik edən, habelə təhsil və idmanın inkişafına töhfə verən onlarla layihə və proqramların icrasına maddi və texniki baxımdan dəstək göstərmişdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et