Bu bank kənd təsərrüfatı və sahibkarlığın inkişafı üçün 20 milyon dollar ayırılıb | Banco.az

Bu bank kənd təsərrüfatı və sahibkarlığın inkişafı üçün 20 milyon dollar ayırılıb

Hər zaman beynəlxalq əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə önəm verən “DəmirBank” bugün də beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığını uğurla davam etdirir. Bunun göstəricisi olaraq, Asiya İnkişaf Bankı (AİB) ilə uğurlu əmədaşlıq edən “DəmirBank”a AİB tərəfindən kənd təsərrüfatının inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün 20 milyon dollar ayırılıb. Bu barədə Banco.az portalına bankdan məlumat verilib.

Qeyd edək ki, “DəmirBank”ın AİB-lə əməkdaşlığı 2010-cu ildə bağlanan ilk sazişlə beynəlxalq ticarətin maliyyələşdirilməsi üzrə zəmanətlərin verilməsi və müştərilərin idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi istiqamətində başlayıb. Bank, AİB-in dəstəyi ilə ölkə üzrə mikro, kiçik, orta və iri sahibkarlığa dəstək olaraq regionların sosial-iqtisadi inkişafına təkan verən layihələr həyata keçirib. Bununla yanaşı, qeyri-neft sektorunun - sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin inkişafında da yaxından iştirak edib.

Ən sərfəli kredit üçün müraciət et

 “DəmirBank”ın kreditləşdirmə və ticarətin maliyyələşdirilməsi proqramları üzrə AİB-lə yanaşı digər beynəlxalq və yerli maliyyə təşkilatları ilə də əməkdaşlığı mövcuddur. Bunların sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, İslam Korporasiyası və sair beynəlxalq maliyyə təşkilatları ilə, eləcə də Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu vardır.