Bolkart-dan məktəbli və valideynlərə NAĞDLAŞDIRMA hədiyyəsi! | Banco.az

Bolkart-dan məktəbli və valideynlərə NAĞDLAŞDIRMA hədiyyəsi!

2013-2014 yeni tədris ili ilə əlaqədar “Bank of Baku” Bolkart istifadəçiləri üçün növbəti nağd pul kampaniyasına start verir. 

Ənənəvi olaraq yeni dərs ili ərəfəsində valideynlərin xərcləri artır. Beləliklə, 2-6 sentyabr tarixləri arasında hər bir Bolkart sahibi bir çox gündəlik ehtiyaclarını, o cümlədən övladlarının dərs qayğılarını, bu nağdlaşdırma imkanı ilə qarşılaya bilər. 

2-6 sentyabr tarixləri arasında kartından pul çıxaran Bolkart sahibləri oktyabrın 10-dək əlavə xərcsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı – 3 %. Nağdlaşdırma limiti 1000 manat təşkil edir. 10 oktyabr tarixindən sonra ödənilməmiş məbləğə görə aylıq 2.5% tutulacaq. Nağdlaşdırma kampaniyası zamanı aşağıdakı kart növlərinindən nağd pul çıxarmaq olar:

Ən sərfəli kredit üçün müraciət et

Adi Bolkart

MasterCard loqolu Bolkart

Nar-Bolkart və Bakcell Bolkart

Tərəfdaş şirkətlərin xüsusi Bolkartları (Embawood, NLT,WorldTelecom və s.)

Üzərində “500 AZN” olan adi və MasterCard loqolu Bolkart ( müştərinin müsbət tarixçəsi formalaşandan sonra)


Qeyd:
1) Biznes krediti rəsmiləşdirilən an və ya müraciət tarixində aktiv biznes krediti olan müştərilərə rəsmiləşdirilmiş “500 AZN” və “1000 AZN” yazılı Bolkartlar üzrə nağdlaşdırma mümkün deyil.
2) Nağdlaşdırma üçün müsbət tarixçə tələb olunduğu hallarda, müştəri müsbət tarixçəsi formalaşdığı andan etibarən yalnız növbəti həftə kartı nağdlaşdıra bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et