Biznesinizin inkişafı üçün sərfəli kredit | Banco.az

Biznesinizin inkişafı üçün sərfəli kredit

DəmirBank  sentyabrın 1-dən “Artdıqca Sərfəli” adlı kredit aksiyasına start verir. Bu aksiya çərçivəsində sahibkarlar dövriyyə vəsaitlərinin artırılması, yeni avadanlıqların alınması və digər məqsədlər üçün müraciət etdikləri kredit məbləği artdıqca, daha yüksək faiz endirimi əldə edə bilərlər.

Aksiya müddətində 5000 AZN-dək biznes krediti  almaq  üçün  banka  müraciət  edən  bütün  müştərilərə 5%-ə qədər endirim tətbiq ediləcək. Belə ki, müştəri götürdüyü hər  100 AZN məbləğə görə mövcud  kredit  faiz dərəcələrində  0.1% güzəşt əldə edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Aksiya  01 sentyabr – 31 oktyabr  2014-cü il tarixlərini əhatə edəcək.

Ölkənin ilk kommersiya banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın      səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et