Biznesinizi Expressbank-la irəli aparın! | Banco.az

Biznesinizi Expressbank-la irəli aparın!

Expressbank ticarət/xidmət müəssisəsini dünya standartlarına uyğunlaşdırmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar üçün ekvayrinq xidmətini təklif edir. POS-terminalların quraşdırılmasını təmin edən bu xidmət vasitəsi ilə sahibkarlar öz obyektlərini dünya standartlarına daha bir addım yaxınlaşdıracaq, müştəriləri üçün daha əlverişli ödəniş imkanları təqdim etmiş olacaqlar. Belə ki, nağdsız ödənişlərə üstünlük verən müştərilər Expressbank-ın ekvayrinq xidməti sayəsində dünyanın istənilən ölkəsinin beynəlxalq plastik kartları vasitəsi ilə bütün alış-veriş və xidmət müəssisələrində POS-terminallardan istifadə edə bilərlər.

Ekvayrinq xidmətinin qoşulması üçün Expressbank-ın istənilən filialına yaxınlaşmaqla müvafiq müqaviləni imzalamaq kifayətdir.Müəssisədə lazımlı avadanlıq (POS – terminallar) quraşdırıldıqdan sonra Expressbank əməkdaşları müştərinin işçi kollektivi üçün təlim keçirir və reklam materialları ilə təmin edir.

Reklam materialların verilməsi, əməkdaşlara pulsuz təlimlərin keçirilməsi, xidmətə görə optimal komissiya, qısa müddət ərzində pul vəsaitlərinin bank hesabına mədaxil edilməsi, əməliyyatlar zamanı çətinliklər yaranarsa operativ konsultasiyaların verilməsi və bu kimi üstünlüklər Expressbank-ın ekvayrinq xidmətini hər kəs üçün cəlbedici edir.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmətşəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakıvə Sumqayıt şəhərlərində, 6-sı isəölkəninGəncə, Mingəçevir, Bərdə, Qusar, XaçmazvəŞirvanşəhərlərindəyerləşir. Bankınölkəüzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıqExpressPayödənişterminalıvardır.

Bank xidmətləribarədəətraflıməlumatı 132 Məlumat Mərkəzinə  zəngedərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.