Beş nəfər AGBank – ın keçirdiyi “Uduşlu Kupon” kampaniyasının qalibi oldu! | Banco.az

Beş nəfər AGBank – ın keçirdiyi “Uduşlu Kupon” kampaniyasının qalibi oldu!

AGBankın artıq uzun müddət keçirdiyi Uduşlu Kupon kampaniyasının növbəti qalibləri, Şərifli Səməd Əlibala oğlu, Ağayev Oqtay Əlimirzə oğlu, Novruzov Qəşəm Ziyafət oğlu, Səfərova Səbinə Malik qızı, Məmmədli Elşən Xalid oğlu oldular.Bütün qaliblər 200 AZN-lik kupon əldə ediblər. Digər bankların müştəriləri olan qaliblər, AG Bank-ın ATM -lərindən istifadə etmiş və qalib olmuşlar.    AGBank-ın keçirdiyi və ölkədə bənzəri olmayan bu kampaniya çərçivəsində AGBank – ın bankomatlarına 500 və 200 manatlıq kuponlar yerləşdirilir. Ən əsası isə odur ki, bu kuponları yalnız AGBank – ın kart daşıyıcıları yox, Azərbaycanın və dünyanın istənilən bankının kartına malik istifadəçilər də qazana bilərlər.   Məhz bu səbəbdən başqa bankların kart istifadəçiləri, pul çıxarmaq üçün AGBank –ın bankomatlarına üstünlük verirlər.

Ən sərfəli kredit üçün müraciət et