Bankın “Neftçilər” filialı açıldı | Banco.az

Bankın “Neftçilər” filialı açıldı

13 fevral 2015-ci il tarixində Bakıda bank VTB (Azərbaycan)-ın “Neftçilər” filialının açılışı keçirilib. “Neftçilər” filialı əhalinin sıx məskunlaşdığı yerlərdən  birində - Qara Qarayev 53 ünvanında, “Neftçilər” metro stansiyasının çıxışında yerləşir.

Yeni ofisin açılış mərasimində  bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, “AtaHolding” nümayəndəsi, Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin iştirak edib.

“Yeni filialın açılışı bizə hər müştəriyə daha da yaxın olmağa imkan verəcək. Bank VTB (Azərbaycan)-ın əsas məqsədi bütün müştərilərinə keyfiyyətli bank xidmətləri göstərməkdir. Biz filial şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Bu il əsas diqqət regionlarda filiallarımızn açılışına yönələcək”, deyə, - bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Yeni ofisdə bankın müştərilərinə geniş çeşidli bank məhsulları təklif olunacaq, sərfəli şərtlərlə kreditlər, depozitlər, pul köçürmələri, kommunal ödənişlər üzrə xidmətlər göstəriləcək. Müştərilər onları maraqlandıran məhsul və xidmətlər barədə ətraflı məlumat ala biləcək, bankın yüksək keyfiyyətli mütəxəssisləri isə onların tələblərinə uyğun təklif seçməyə kömək edəcək. 

Ən sərfəli krediti almaq üçün müraciət et