Bankda Müşahidə şurasının sədri dəyişdi | Banco.az

Bankda Müşahidə şurasının sədri dəyişdi

27 may 2015-ci il tarixində “Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmişdir.

Ümumi yığıncaqda “Kapital Bank” ASC-nin 2014-cü ilin yekunlarına dair maliyyə hesabatları təsdiqlənmiş, maliyyə ilinin yekunlarına əsasən Bankın səhmdarlarına dividend ödənilməsi barədə qərar qəbul edilmişdir.

Yığıncaqda, həmçinin, “Kapital Bank” ASC-nin Müşahidə şurasının yeni tərkibi müəyyən edilmiş, şuranın sədri vəzifəsinə hazırda “PAŞA Holdinq” MMC-dəBank Qrupunun rəhbəri vəzifəsini daşıyan Cəlal Ələkbər oğlu Qasımov təyin edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, Müşahidə Şurasının daha bir qərarı ilə Pərvin Şirəli oğlu Əhədzadə Bankın Audit komitəsinin yeni sədri təyin edilmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et