Bank yarım millyard dollar yatırım edib | Banco.az

Bank yarım millyard dollar yatırım edib

Bank VTB (Azərbaycan)-a fəaliyyətə başladığı 2009-cu ildən bu günə kimi Bank VTB (Moskva) tərəfindən yarım milyard dollar həcmində yatırım edilib. Bu barədə Azərbaycanda jurnalistlərlə görüş zamanı bank VTB-nin törəmə şirkətlər departamentinin rəhbəri Mixail Yakunin bildirib.

Belə ki, Bank VTB (Moskva) tərəfindən Azərbaycan bankının səhmlərinin alınmasına, eləcə də əlavə emissiyalara 34 mln manat (43 mln dollar) vəsait ayrılıb. Bundan başqa, bank VTB (Azərbaycan)-a 5,2 mln manat (6,6 mln dollar) məbləğində subordinasiya krediti, ümumi həcmi 202 mln manat (257 mln dollar) olan banklararası kredit ayrılıb.

Mixail Yakunin qeyd edib ki, kapital rentabelliyi (ROE) göstəricisinə görə bank VTB (Azərbaycan) VTB-nin xarici bankları arasında ən yaxşı banklardan biridir. İlkin nəticələrə əsasən, bank VTB (Azərbaycan)-ın 2014-cü il üzrə kapitalın rentabelliyi göstəricisi 15% təşkil edir ki, bu da bank üçün müsbət göstəricidir.  

«Keçən il payızda bank VTB (Azərbaycan)-ın beş ili tamam olub. İlk üç il bankda biznesin qurulması prosesi gedib, dördüncü il isə ilk dəfə gəlir əldə etmişik. Son 2 ildə bank VTB (Azərbaycan)-ın biznesi 3 dəfə artıb ki, bunu bank və bütün komanda üçün əla nəticə hesab edirəm»,- deyə, bank VTB-nin törəmə şirkətlər departamentinin rəhbəri Mixail Yakunin bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Mixail Yakuninin sözlərinə görə, bank VTB (Azərbaycan) dinamik inkişaf edir və hazırda ölkənin 20 ən uğurlu bankı sırasındadır. Bankın strategiyası VTB (Azərbaycan)-ın ölkənin top-10 aparıcı bankları sırasına daxil olmasını nəzərdə tutur. Belə ki, 2015-ci ildə bank passiv bazanın inkişafı və filialların genişlənməsi istiqamətində işləri davam etdirmək niyyətindədir. Azərbaycanın real sektoruna və  Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığın inkişafına dəstək, birgə layihələrin maliyyələşməsi bankın qarşısında duran əsas məqsədlərdəndir.

«Bank VTB (Azərbaycan) yeganə bankdır ki, yerli şirkətlərə nəinki Azərbaycanda, eləcə də VTB-nin fəaliyyət göstərdiyi 15 ölkədə bank xidmətləri təklif edə bilər. Beləliklə, Azərbaycanda qeydiyyatda olan, Gürcüstan, Qazaxıstan və ya Rusiyada fəaliyyət göstərən şirkətlərə biznesin qurulmasında, xarici ticarət hesablaşmalarının təşkilində biz dəstək ola bilərik.  Biz, Azərbaycan biznesinə yeni bazarlara çıxmaqda kömək etməyə hazırıq. Bu xidmətlər, Azərbaycanın bank bazarında bizim əsas üstünlüyümüzdür, - deyə, bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Ən sərfəli krediti almaq üçün müraciət et