Bank VTB-nin yeni filialı açılacaq | Banco.az

Bank VTB-nin yeni filialı açılacaq

Bank VTB (Azərbaycan) ASC-nin yeni filialının açılışı olacaq

Bankdan saytımıza verilən məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda mayın 30-da Bank VTB (Azərbaycan) ASC-nin sayca altıncı filialının açılış mərasimi keçiriləcək.

 Yeni filial "Sahil" metro stansiyasının çıxışında, Bülbül prospekti 7 ünvanında, paytaxt əhalisinin sıx məskunlaşdığı ərazilərdən birində yerləşir.

Filialın açılış mərasimində VTB (Rusiya) qrupunun və Bank VTB (Azərbaycan) ASC-nin baş ofisinin nümayəndələri, həmçinin "AtaHolding"in rəsmi təmsilçiləri iştirak edəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Yeni filialda fiziki və hüquqi şəxslərə hər növ bank xidmətləri təqdim olunacaq. Belə ki, "Sahil" filialında müştərilərə depozitlərin yerləşdirilməsi, kreditləşmə üzrə xidmətlər, valyuta dəyişmə əməliyyatları, plastik kart və təcili pul köçürmə əməliyyatları üzrə xidmətlər göstəriləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et