Bank VTB-nin (Azərbaycan) istehlak kreditləri üzrə portfeli üç dəfə artıb | Banco.az

Bank VTB-nin (Azərbaycan) istehlak kreditləri üzrə portfeli üç dəfə artıb

Bank VTB (Azərbaycan) ASC-nin istehlak kreditləri üzrə portfeli dekabrın 1-nə 86 425,7 min manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çoxdur.

Xəbərə görə, ümumi kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 150% artaraq 167 346,2 min manat təşkil edib.

Bankın məcmu kapital isə 45 888,1 min manata çatıb. Xatırladaq ki, 2012-ci ilin dekabrın 1-nə olan maliyyə göstəricilərinə əsasən məcmu kapital 15 153,5 min manat olub.

Müvafiq dövr üzrə VTB-nin (Azərbaycan) gəlirləri də artıb. Belə ki, bankın faiz gəlirləri 16 613 min manata, qeyri-faiz gəlirləri isə 2 219 min manata çatdırılıb.
Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri Aleksandr Yeryomin bildirib ki, Azərbaycanda biznesin inkişafı sahəsində ciddi planları var.
“Biz bankın kredit portfelini əhəmiyyətli dərəcədə artırmağı nəzərdə tutmuşuq. Məsələn, pərakəndə kreditləşmə portfelinin həcmini 5 dəfə artırmaq niyyətindəyik”.
Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Gün.az