Bank VTB (Azərbaycan) hesab.az ödəniş sisteminə qoşulub | Banco.az

Bank VTB (Azərbaycan) hesab.az ödəniş sisteminə qoşulub

Bank VTB (Azərbaycan) hesab.az elektron ödəniş sisteminə qoşulub. Bankın müştəriləri

kredit borclarını www.hesab.az portalı vasitəsi ilə onlayn-rejimdə ödəyə biləcək. Bunun üçün portalda “Banklar, foreks və lizinq” bölməsinə keçib maliyyə təşkilatları arasında “Bank VTB (Azərbaycan)”-ı seçmək və müvafiq ödənişi etmək lazımdır. Müştəri borcunu PİN-kod, kredit və ya kartın nömrəsindən istifadə edərək qaytara bilər. Hazırda hesab.az portalında yalnız manatla olan kreditləri ödəmək mümkündür.

Ödənişləri həftənin 7 günü, 24 saat fasiləsiz etmək olar. Saat 17.00-dan sonra və qeyri-iş günlərində ödənilən kreditlər növbəti iş günündə ödənilmiş hesab olunacaq.

“Müştərilərin rahatlığını təmin etmək bizim bank üçün vacibdir. Bu məqsədlə də biz məsafəli bank xidmətlərinin tətbiqinə davam edirik. Biz müştərilərimizə alternativ kredit ödənişi kanallarını təklif edirik: artıq müştərilər e-pul.az və hesab.az elektron ödəniş sistemlərindən, eləcə də «MilliÖn» və «Е-manat» terminallarından istifadə edə bilər. Beləliklə, biz müştərilərimizə ən rahat ödəniş kanalını seçməyə imkan veririk” – deyə, bank VTB (Azərbaycan)-ın Pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev bildirib. 

Ən sərfəli kredit üçün müraciət et

Arayış üçün:

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14  filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub

 

Ən sərfəli krediti almaq üçün müraciət et