Bank VTB (Azərbaycan)-dan manatla pulköçürmə 0% tarifi iləmümkün oldu | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bank VTB (Azərbaycan)-dan manatla pulköçürmə 0% tarifi iləmümkün oldu

Bank VTB (Azərbaycan) öz müştərilərinə ZolotayaKorona sistemi vasitəsi ilə Azərbaycan Respublikası xaricinə milli valyuta ilə pul köçürmələri “0%” tarif ilə həyata keçirməyə imkan verir.

0% tarifi ZolotayaKorona sistemi üzrə bütün köçürmələrə aiddir. Köçürmə zamanı müştəri vəsaiti göndərdiyi şəxsin puluhansı valyutada – rublvə ya dollarla alacağını seçə bilər. Bu zaman göndərən şəxs köçürməni milli valyutada həyata keçirir. Valyutanın konvertasiyası pul vəsaiti göndərilən zaman sistemin məzənnəsinə uyğun həyata keçirilir. Bu halda komissiya 0% təşkil edir.