Bank VTB (Azərbaycan) ASC-nin səhmlərinin yeni emissiyası həyata keçirilmişdir. | Banco.az

Bank VTB (Azərbaycan) ASC-nin səhmlərinin yeni emissiyası həyata keçirilmişdir.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən 2014-cü ilin sonunadək ölkədə fəaliyyət göstərən hər bir bankın məcmu kapitalı 50 mln. manatdan az olmamalıdır. Müvafiq tələbi yerinə yetirmək məqsədilə Bank VTB (Azərbaycan) ASC hər birinin nominal dəyəri 0.2 manat olan, 135 000 000 ədəd adi, sənədsiz, adlı səhmlərin emissiyasını həyata keçirmişdir.

Səhmlər noyabrın 25-də, AZ 1002004146 dövlət qeydiyyat nömrəsi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmışdır. Qiymətli kağızların yerləşdirilməsi iki mərhələdə həyata keçirmişdir. Birinci mərhələdə səhmlərə sahib olmaq üstünlüyü Bankın səhmdarlarına, ikinci mərhələdə isə digər şəxslərə şamil olunmuşdur. Qiymətli kağızlar səhmdarlar tərəfindən ilk mərhələdə əldə edilmişdir.  

Səhmlərin emissiyası başa çatmış və emissiya haqqında yekun hesabat Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən noyabrın 25-də qeydə alınmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, Bank VTB (Azərbaycan) ASC –nin səhmlərinin ümumi sayı 254 075 000 çatmışdır. 

Bank VTB (Azərbaycan) ASC

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Rusiya tərəfndən – Bank VTB ASC və Azərbaycan tərəfindən – “AtaHoldinq” ASC-dirlər. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bank 4 filial və  Baş ofisdə Müştəri Xidmətləri İdarəsilə təmsil olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et