Bank VTB: Aleksandr Yeryomin öz iş yerindədir | Banco.az

Bank VTB: Aleksandr Yeryomin öz iş yerindədir

Bank VTB (Azərbaycan) “Yeni Müsavat” qəzetini məhkəməyə verməyə hazırlaşır

Bank VTB (Azərbaycan) ASC-nin mətbuat xidməti “Yeni Müsavat” qəzetinin Bankın sədrinə qarşı, həmçinin bank əməliyyatlarına aparılmasına dair 14.01.2014-cü il tarixdə yaydığı yalan məlumatı təkzib edir.

Bankın mətbuat xidmətinin məlumatında bildirilir ki, Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri Aleksandr Yeryomin öz iş yerindədir və vəzifə borclarını icra edir. 2014-cü ilin ilk iş günlərindən başlayaraq Bankın işində boşdayanmalar olmayıb, bank adi iş rejimində fəaliyyət göstərir.

“Bank VTB (Azerbaycan) öz işgüzar nüfuzunu məhkəmədə qorumaq üçün bütün gərəkli tədbirləri görəcəkdir, - məlumatda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu gün “Yeni Müsavat” qəzeti yazmışdı ki, “VTB Azərbaycan” bankının müdiri Aleksandr Yuryeviç Yeryominin ölkədən qaçıb. Redaksiyaya daimi oxucular tərəfindən verilən məlumatda deyilir ki, yeni ilin ilk iş günündən bəri bank demək olar ki, bütün əməliyyatları naməlum səbəbdən ləngidir.

Məlumat üçün bildirək ki, Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 4 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et