“Bank Technique”in yeni “Mərkəz” filialı fəaliyyətə başladı! | Banco.az

“Bank Technique”in yeni “Mərkəz” filialı fəaliyyətə başladı!

“Bank Technique” ASC, müştərilərinə daha rahat və çevik xidmətin göstərilməsi məqsədi ilə yeni “Mərkəz” filialını istifadəyə verib. Səbail rayonu, Nizami küçəsi 68 ünvanında yerləşən yeni filialda, Bankın müştərilərinə yüksək texnoloji xidmət göstərilməklə yanaşı, onların istifadəsinə bir-birindən faydalı və fərqli məhsullar da təklif olunur. Beləliklə, hazırda Bankın, Baş ofis də daxil olmaqla, Bakı şəhəri və regionlarda, 33 filialı və 6 şöbəsi fəaliyyət göstərir.

Xatırladaq ki, müştərilərinin rahatlığı və məmnuniyyətini öz prioritetlərindən elan edən “Bank Technique”, bir neçə gün öncə daha bir innovativ xidmətini təqdim edib. Belə ki, artıq hesablara vəsaitlərin mədaxil olunması üçün Banka gəlməyə ehtiyac yoxdur! İndi, “Bank Technique”də xidmət olunan hesablara, ödəniş (plastik) kartına sahib olan istənilən şəxs, bankomatlar (ATM) və ya online.banktechnique.az saytındakı “Şəxsi Kabinet” funksiyası vasitəsilə pul mədaxilini edə bilər. Bu cür əməliyyatlardan həm kreditlərin ödənişi, həm də şəxsi koçürmə və ya hesabın möhkəmləndirilməsi məqsədilə yararlanmaq olar.

Ən sərfəli kredit üçün müraciət et

Xidmət üzrə komisyon haqq 0.1% (minimum, 0.20 AZN) təşkil edir. Əməliyyatlar, saat 18:00-dan sonra və qeyri-iş günləri aparıldıqda, vəsaitlər hesaba növbəti gün mədaxil olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et